Azəriqaz İB soyuq hava şəraiti ilə əlaqədəar məlumat yayıb. Azadmedia.az məlumatı təqdim edir:
"Dünəndən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib. Xüsusən də dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları çalışır ki, heç yerdə qaz təchizatında dayandırma olmasın. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, təlabat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur.
Hörmətli abonentlər, Sizdən bir daha qaz təchizatında hər hansı problemlə üzləşərsinizsə, 104/185 saylı Çağrı Mərkəzinə, (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, Birliyin rəsmi “Facebook” səhifəsinə yazmağınız xahiş olunur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.