AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİ GÜCLƏNDİRİLMİŞ REJİMDƏ ÇALIŞACAQ

  • + A
  • - A
  • 17-02-2021, 14:38


    Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq. Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, Birliyin aidiyyatı strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.
    Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR