Bakıda torpağın qiyməti bahalaşdı
Ötən ay Bakıda torpaq bazarında 0,6 faiz qiymət artımı qeydə alınıb
Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, Bakıda torpaq bazarında bu il ərzində qiymət artımı 11,5 faiz təşkil edib.
Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur:
"Ancaq yayda qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan isə yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır". (Trend)