AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatdan manatla bağlı — ŞAD XƏBƏR

  • + A
  • - A
  • 1-07-2017, 13:30

    Deputatdan manatla bağlı — ŞAD XƏBƏR

















    “Hazırda Azərbaycanın xarici ticarət balansı müsbətə doğru irəliləyir. Bütün bunlar isə manatın məzənnəsinin güclənməsinə ciddi təsir göstərir”.

    Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli bildirib.

    Ə.Məsimli deyib ki, hətta, sadalanan bu məqamlar turizmdən daha çox manatın məzənnəsinin möhkəmlənməsinə təsir edir.

    Deputat qeyd edib ki, manata təsir edən amillərin içərisində turizm mövsümü müəyyən rol oynaya bilər:

    “Ancaq hesab edirəm ki, bu aparıcı rol deyil. Bu yaxınlarda Bakıda “Formula 1” yarışları keçirilib. Bu yarış Azərbaycana gələn turistlərin sayını artırıb. Amma bu rəqəm 30 mindən çox olmayıb. Buna görə də Azərbaycana 30 min turistin gəlməsi manatın möhkəmlənməsinə o qədər də ciddi təsir etməyib.

    Ümumiyyətlə götürsək, Azərbaycanda turizm mövsümündə manat daha çox güclənir. Azərbaycanda manatın daha ciddi möhkəmlənməsi yalnız tədiyyə balansında gedən müsbət proseslərlə əlaqəlidir. Misal üçün, Azərbaycanın bütün iqtisadi, o cümlədən büdcə proqnozları neftin qiymətinin dünya bazarındakı bir barel üçün 40 dollarla götürülür”.

    Ə.Məsimli vurğulayıb ki, son dövrlər ilin birinci yarısında neftin qiyməti çox nadir hallarda aşağı düşür:

    “Amma bu il neftin qiyməti müəyyən dərəcədə aşağı düşüb. Bu da iqtisadi amillərlə deyil, daha çox geosiyasi və Qətər dövləti ətrafında gedən proseslərlə bağlıdır. Bütün bu proseslər ona gətirib çıxarıb ki, artıq OPEK dünyada neftin qiymətinə ciddi təsir göstərə bilmir. Bütün bunlar nəzərə alınmaqla və neftin qiyməti büdcədə nəzərdə tutulan iqtisadi proqnozlardan yüksək olduğuna görə son vaxtlar ödəniş balansı müsbətə doğru gedir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR