Dolların sabahkı məzənnəsi dəyişdi
Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan məzənnəsini açıqlayıb.
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, dekabrın 30-da 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,7707 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün Azərbaycanda 1 dolların rəsmi məzənnəsi 1,7662 manat olub.