AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

VƏTƏN MÜHARİBƏSİ QAZİSİNİN PROBLEMİ HƏLL EDİLDİ - Video

  • + A
  • - A
  • 13-06-2021, 16:56

    VƏTƏN MÜHARİBƏSİ QAZİSİNİN PROBLEMİ HƏLL EDİLDİ - Video

    Azərbaycan Ordusunda şərəfli xidmət göstərib Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, “N” saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Kiçik çavuş Qəhrəmanlı bir əlində silah tutaraq düşmənlə mübarizə aparıb, digər tərəfdən də yaralı əsgərlərə ilkin tibbi yardım göstərib. O, döyüşdən yaralı əsgəri çıxararkən yaxınlığa mərmi düşüb və bu zaman yaralanıb. Yaqub Qəhrəmanlı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
    Bu günlərdə isə qazi Qəhrəmanlı fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib. Şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran Birlik tərəfindən qısa bir müddət ərzində onun müraciəti də təmin olunub.
    Onu da qeyd edək ki, "Facebook" sosial şəbəkəsi vasitəsilə həm Birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və əsasən ilk növbədə qazi, şəhid və aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.

    Azadmedia.az bu barədə hazırlanan videoçarxı təqdim edir:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR