AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda spirtli içkilərin satışına qadağa ləğv olundu

  • + A
  • - A
  • 1-01-2017, 14:57

    Azərbaycanda spirtli içkilərin satışına qadağa ləğv olundu

















    Bu gündən Azərbaycanda spirtli içkilərin pərakəndə nağd qaydada satışına qoyulan qadağa aradan qaldırılıb.

    "Report" bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Dekabrın 31-dək markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmirdi.

    Qaydada edilən dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməyəcək. Yəni, bundan sonra içməli spirt, spirtli içkilərin bütün növlərinin pərakəndə nağd qaydada satışına icazə veriləcək.

    "Aksiz markası ilə markalanmalı olan mallar" dedikdə içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR