AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu məhsulların qiyməti bahalaşdı: Dövlət Komitəsindən rəsmi statistika

  • + A
  • - A
  • 16-08-2017, 11:03

    Bu məhsulların qiyməti bahalaşdı: Dövlət Komitəsindən rəsmi statistika














    2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, müqayisə olunan dövrdə bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.

    Ay ərzində balıq və sair balıqçılıq məhsulları və həmçinin, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.

    Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3% artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8% azalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR