Neftin qiyməti bahalaşır
Dünya birjalarında neft bahalaşır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,44 dollar və ya 0,86% artaraq 51,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar və ya 1,19% artaraq 57,85 dollar olub.