AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ ZAQATALADA KEÇİRİLƏCƏK

  • + A
  • - A
  • 11-01-2022, 13:13


    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Zaqatala rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin #rəhbər şəxsləri Zaqatala şəhəri, Nizami küçəsi 9 (Mədəniyyət evinin qarşısı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.“Səyyar qəbul otağı” yanvar ayının 13-ü saat 15:00-dan 17:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR