AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SALYANDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLƏCƏK

  • + A
  • - A
  • 14-12-2021, 11:14


    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq. Azadmedia.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Rəsulzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində (Salyan Tarix-Diyarşünaslıq Muzeyinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” dekabrın 16-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR