Dünyada ən çox nefti olan 20 ölkə — Azərbaycan neçəncidir?
Dünyada təsdiqlənmiş neft ehtiyatları ötən illə müqayisədə artaraq 1,520 milyard bareldən 1,637 milyard barelə çatıb. Bununla da, dünya neft ehtiyatının ömrü 48,8 ilə yüksəlib.
Bəs, görəsən, dünyada ən çox nefti olan ölkələr hansılardır?
AZTB.info OilGas.az-a istinadən ən çox nefti olan 20 ölkənin siyahısını təqdim edir:
Birinci yerdə 296,5 milyard barellə Venesueladır. Səudiyyə Ərəbistanı isə 264.6 milyard barellə ikinci pillədə qərarlaşıb. 175, 2 milyard barelə sahib olan Kanada da üçüncüdür.
Digər sıralama isə aşağıdakı kimidir:
4. İran – 150.6 milyard barel
5. İraq – 143.5 milyard barel
6. Meksika – 139.02 milyard barel
7. Küveyt – 104 milyard barel
8. BƏƏ – 97.8 milyard barel
9. Rusiya – 74.0 milyard barel
10. Liviya – 47 milyard barel
11. Nigeriya – 37.2 milyard barel
12. Qazaxıstan – 30 milyard barel
13. Qətər 25.41 milyard barel
14. Çin – 20.35 milyard barel
15. ABŞ – 19.12 milyard barel
16. Braziliya – 14.24 milyard barel
17. Azərbaycan – 14 milyard barel
18- Anqola – 13.5 milyard barel
19. Hindistan – 9 milyard barel
20. Sudan – 6.8 milyard barel