AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB KÜRDƏMİR RAYONUNDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRƏCƏK

  • + A
  • - A
  • 3-04-2022, 15:59

    "AZƏRİQAZ" İB KÜRDƏMİR RAYONUNDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRƏCƏK

    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlikdən Azadmedia.az-a verilən məlumata görə rəhbərliyin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Kürdəmir rayonu, Heydər Əliyev prospekti, Qələbə Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR