AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəxslərə işsiz olduğu üçün pul veriləcək (VİDEO)

  • + A
  • - A
  • 27-12-2017, 11:08

    Bu şəxslərə işsiz olduğu üçün pul veriləcək (VİDEO)














    İşini itirənlər işsizlikdən sığorta sistemindən yararlana biləcəklər.

    "Xəzər TV" xəbər verir ki, "İşsizlikdən sığorta haqqında" qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.

    Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov deyir ki, qanun qüvvəyə mindikdən sonra İşsizlikdən Sığorta Fonduna hər ay işçinin əməkhaqqının 1 faizi miqdarında vəsait ödəniləcək.

    Bu məbləğin bir hissəsi işsizlikdən sığorta ödənişlərinə, digər hissəsi isə aktiv məşğulluq proqramlarına sərf olunacaq. Sektor müdirinin sözlərinə görə, işsizlikdən sığorta sistemindən yalnız əmək müqaviləsi ilə işləyənlər və bu fonda 3 ildən yuxarı ödəniş edənlər faydalana biləcəklər.

    İşsizlikdən sığorta ödənişi işini itirən şəxsə 9 ay veriləcək.

    Ardınca isə bir il fasilə veriləcək. Sonra təkrar müraciət zamanı 3 ay müddətində minimum əməkhaqqı miqdarında sığorta ödənişi təyin olunacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbərdarlıq edir ki, işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR