AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda benzin bahalaşdı - Bu dəfə 1.15 oldu

  • + A
  • - A
  • 1-02-2017, 10:43

    Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib. APA xəbər verir ki, artıq yanacaqdoldurma məntəqlərində "AI-95 Premium" və “Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub.

    Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

    Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

    Xatırladaq ki, qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

    Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR