AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Şahdağ" Turizm Mərkəzində kamp düşərgələri salınacaq

  • + A
  • - A
  • 1-07-2023, 20:08

    "Şahdağ" Turizm Mərkəzində kamp düşərgələri salınacaq

    2022-ci ildə “Şahdağ” Turizm Mərkəzinə 109 mindən çox ziyarətçi gəlib. Hotellərdə isə 60 minə yaxın qonaq olub.
    Azadmedia.az xəbər verir ki, bunu yay mövsümünün başlanması ilə əlaqədar media üçün təşkil olunan brifinqdə “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov deyib.
    “Cari ilin yanvar-iyun aylarının göstəricilərinə əsasən, “Şahdağ” Turizm Mərkəzini artıq 70 minə yaxın şəxs ziyarət edib. Hotel xidmətlərindən isə 26 min nəfər istifadə edib. Nəzərə alsaq ki, yay mövsümü yeni başlayıb, proqnozlar göstərir ki, ilin sonuna kimi ötənilki göstəriciləri üstələyəcəyik”, - deyə R.Nəcəfov qeyd edib.
    Əməkdaşımızın "Şahdağ" Turizm Mərkəzində qonaqlar kamplarda gecələyə bilirmi?, - sualına Mərkəzin direktoru bildirib ki, bu mümkündür, gələcəkdə də kampların sayını artırmağı düşünürlər. Qonaqlar özləri ilə də kamp gətirə bilər, mərkəz tərəfindən də təmin edilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR