AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şahdağ” Turizm Mərkəzi yeni yamac istifadəyə verdi

  • + A
  • - A
  • 18-12-2023, 20:17

    “Şahdağ” Turizm Mərkəzi yeni yamac istifadəyə verdi

    “Şahdağ” Turizm Mərkəzi yeni yamac istifadəyə verdi. Azadmedia.az xəbər verir ki, bu məlumatı “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov media nümayəndələri üçün təşkil edilən brifinq zamanı bildirib. R.Nəcəfovun məlumatına görə, bu qış mövsümündən xizək həvəskarları üçün istifadəyə verilən yamacın uzunluğu 1800 metrdir. Mərkəz rəhbəri həmçinin müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacda istifadə veri, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib. O, həmçinin bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR