AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdən gələn qonaqlar "Şahdağ” Turizm Mərkəzinin qış mövsümünün açılışında iştirak etdi

  • + A
  • - A
  • 18-12-2023, 20:28

    Xaricdən gələn qonaqlar "Şahdağ” Turizm Mərkəzinin qış mövsümünün açılışında iştirak etdi

    Xaricdən gələn qonaqlar "Şahdağ” Turizm Mərkəzinin qış mövsümünün açılışında iştirak etdi. Qonaqların Turizm Mərkəzinə dəvətinin məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında yaşadıqları ölkə ictimaiyyətini məlumatlandırmaqdır. Tədbir çərçivəsində xaricdən gələn qonaqlara “Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib, KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində xaricdən gələn nümayəndələr hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələrlə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər.
    Azadmedia.az xatırladır ki, qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR