AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı: "Bu dünya gözdən tük çəkənlərindi..."

  • + A
  • - A
  • 18-04-2021, 19:35



    ...daha hər işnən göz bağlamaq olmur,
    daha hər söznən dil bağlamaq olmur.
    ...elə bil beldən gəlmir, belsizdi adamlar!
    ...daha hər kəsə bel bağlamaq olmur.

    ...göz vurub aldadanın gözünü gördüm!
    ...üz vurub aldadanın üzünü gördüm!
    ...adam aldatmaq bir göz qırpımlıq iş olub;
    bir göz qırpımında aldanmağın özünü gördüm!

    ...Bu dünya gözdən tük çəkənlərindi,
    bu dünya əldən əl dadanlar üçündür.
    ...aldananlara dünyanın heç yerində yer yoxdu —
    bu dünya aldadanlar üçündür!


    Hansı daş gözəl...

    ...Bu qədər daş yaradıbsan —
    yeddi dağın başı tutmaz!
    ...və həm atəş, od yoxdusa
    daşın biri daşı tutmaz!

    ...qalxar da lap qanad qırar,
    düşər də lap baş da yarar!
    ...bu qədər daş yaradıbsan —
    dilsiz, dibsiz...nəyə yarar?

    .. hər şey gözəl, hər şey, hər şey —
    daş, divar da gözəl, Tanrım!
    ...daşı divarlara ver...ver
    daş divarda gözəl, Tanrım!

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR