AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Nə vaxtdı, bir gözəl şer yazmıram"-Paşa Talıblı

  • + A
  • - A
  • 11-03-2021, 08:47

    "Nə vaxtdı, bir gözəl şer yazmıram"-Paşa Talıblı

    Hardadı...hardadı gözəlim şer?
    Nə vaxtdı, bir gözəl şer yazmıram.
    ...sərv boylu, ay üzlü, ya mavi gözlü,
    nə vaxtdı, bir gözəl şer yazmıram.

    Bağlayıb qapını, çəkib cəftəni
    ilhamsız qalmışam bütün həftəni...
    Ağzıörtülüdü şer dəftərim,
    nə vaxtdı, bir gözəl şer yazmıram.

    ...sözümmü qurtarıb, şəhdi - balımı?
    ...üzümü görünmür, xətti-xalımı?
    Paşam der, gəl gör də bu "xoş" halımı-
    nə vaxtdı, bir gözəl şer yazmıram.

    *
    Haqqında nə deyim mən;
    Nə şərdi, nə xeyirdi!
    ...möcüzə də deyil heç—
    şer elə şerdi!

    Kim qaçır görk işlərdən?
    ...xeyirə, şərə düşmür?
    ...yazıldı—şer ölür,
    yazılmaq şerə düşmür!

    Amma şer də ərdi,
    ər də basılmayandı!
    ...şerin ən gözəli
    hələ yazılmayandı.

    Paşa Talıblı
    Rusiya...Volqoqrad şəhəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR