Məni qürbətə şer atdı,
qubar tökən çəni keçdim.
...köç elədim söz boyunca-
gündüzü, gecəni keçdim.
...kiminə bir zarafatdı,
mənə də Siratdı şer!
Məni qürbətə şer atdı...
Elə bil zər atdı şer!
...dünyanın qara damında
gecələr şamı diridi.
...qəribanə qəriblikdə
mən ölü, hamı diridi.
Taparmı kimsə ha gəzsin?
lap altı ay arasın da!
...Məni qürbətə şer saldı
Sibir - Altay arasında!
*
...daş kitabələr də demir;
nədir bu alın yazısı.
Tanrının bu başıaçıq,
ayağıyalın yazısı.
...yox, yazıya şəkk eləmə!
Şəksiz düşmür şəkkə şükür!
Yəqin Tanrı bilənlərdi...
Alnımıza şəkli düşür.
...xətti də qədimdən gəlir,
dərindi kökləri, yavrum!
...yazısı yenə oxunur,
alnımız köhnəlir, yavrum!
Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.