AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar – VİDEO

  • + A
  • - A
  • 17-11-2018, 11:38

    Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar – VİDEO













    Mahnıları ilə tamaşaçılarını ağlatmağı yaxşı bacaran, özü də ara-sıra ağlayan müğənni Damla bu dəfə göz yaşlarını film üçün töküb.

    “Taxta ayı” adlanan filmdə Rüfət Nəzərlə baş rolu paylaşan Damlanın obrazının da adı elə “Damla” olub. Xatırladım ki, filmin prodüseri də Damlanın özüdür.

    Obrazı ilə eyni adı daşıyan sənətçi, yəqin ki, burada uşaqlığımızın “ağlamalinski” türk filmlərində öz adı ilə oynayan Ceylan, Emrah kimi məşhurları örnək alıb.

    Filmdə İlqar Cahangir, Mehriban Xanlarova, Kazım Abdullayev, Leyli Vəliyeva, Mətanət Atakişiyeva, Zemfira Əbdülsəmədova kimi sözünü demiş aktyorlar da oynayıb.

    Rejissor işinin yaxşı olduğu filmdə ssenaridəki çatışmazlıqlar özünü büruzə verib. Belə ki, Rüfət Nəzərin canlandırdığı “Ümid” obrazının həyatdan nə istədiyi bəlli deyil, gah anasının qisasını alır, gah da soyuq obrazı ilə həyat yoldaşını geri qaytarmaq istəyir. Həyat yoldaşını axtarır və əli ilə qoymuş kimi tapır.

    Bəzi səhnələr istisna olmaqla, Damlanın aktrisalıq qabiliyyəti filmdə ön plana çıxıb. Mehriban Xanlarovanın aktrisa kimi özünəməxsus möhtəşəmliyi ekran işinə damğa vurub.

    Mətanət Atakişiyevanın göz yaşları, İlqar Cahangirin əsl Azərbaycan kişisinə xas sərtliyi filmdə kiçik səhvləri arxa plana atır.

    Zemfira Əbdülsəmədovanın ana şəfqəti, həzin və yumşaq səsi, hərdən sərt baxışı və əsrarəngiz aktrisalığı bu filmdə də özünü göstərir.

    Filmdə Azərbaycan reallığını əks etdirməyən hadisələr də baş verir. Buna həyat yoldaşı bakirə çıxmayan oğlanı küçədə lağa qoyub, üzünə qarşı gülən tin uşaqlarını misal göstərmək olar. Adətən, Azərbaycan reallığında belə bir hadisə baş versə, həmin küçədəki “qaqaş”lar oğlanla öpüşüb-görüşüb, daha sonra arxasınca danışmalı idilər.

    Filmdə Damla evdən qaçandan sonra səhəri gün atası ölür və həmin “dayı”ya səhəri gün qəbirdaşı qoyulur. Sonra heç bir yas məclisi keçirilmir və aktyorlar bir paltarla iki-üç gün fırlanırlar.

    Filmin əsas diqqətçəkən obrazı isə Damlaya aşiq olan, onun zorlanmasının qarşısını alan Neonun canlandırdığı “Orxan”dır.

    Fərqli xarizması, görüntüsü və aktyorluq qabiliyyəti ilə seçilən Neo ekran işinə fərqlilik gətirib. Yəni, bir növ standart yeni nəsil dram filminə “cool” bir hava qatıb.

    Ekran əsərində 5-10 saniyə erotik kadrın getməsi də gözdən yayınmayıb. Qaranlıq məkanda sekslə məşğul alan cütlüyün bədən xətləri izləyicidə onların kimliyi barədə maraq yaratsa da, açıq-aydın görülən gənclərin kuliminasiya nöqtəsinə çatmamış, öldürüldükdən sonra yerə sərilən qollarıdır.

    Filmin kadrları, rənglənməsi də yerindədir. Bəzi səhnələrdə hədsiz dramatik musiqi insanı yorsa da, “acıteyşn”dan kənara çıxsaq, ümumilikdə gedib baxmağa, Damlanı aktrisa kimi kəşf etməyə və filmdə rol alan sənətkarların canlı əfsanə olduqlarına bir daha şahid olmağa dəyər. oxu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR