AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - VİDEO - FOTO

  • + A
  • - A
  • 10-03-2025, 11:46

    CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - VİDEO - FOTO

    CineMastercard-da "Dayı: Bir Adamın Hikayesi 2" filminin Qala gecəsi keçirilib.
    Dəniz Mall ticarət mərkəzində yerləşən "CineMastercard"
    kinoteatrında "Dayı: Bir Adamın Hikayesi 2" türk döyüş dramının Qala gecəsi baş tutub. 2022-ci ildə ekranlara çıxan "Dayı: Bir Adamın Hikayesi 1" filminin
    davamıdır.

    Tədbirə filmin rejissoru, ssenaristi və prodüseri Uğur Bayraktar və baş rol ifaçısı
    Ufuk Bayraktar dəvət olunub.

    Filmin qəhrəmanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı
    xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları
    türkiyəli qonaqları hərarətlə, gur alqışlarla qarşıladı.

    İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn,
    daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını
    itirməyən Cevahirin həyatından bəhs edilir.

    "CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən
    son premyeralarla sevindirməyə hazırdır.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR