AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QƏZZANI TƏRK EDƏNLƏRİN SAYI 250 MİNİ ÖTÜB

  • + A
  • - A
  • Bu gün, 14:27

    QƏZZANI TƏRK EDƏNLƏRİN SAYI 250 MİNİ ÖTÜB

    Fələstinin Qəzza Zolağı regionu - Qəzza şəhərindən təxliyə olunanların sayı 250 mini ötüb.
    Bu barədə İsrail ordunun mətbuat xidməti məlumat verib.
    Kültləvi köç İsrailin HƏMAS-a qarşı şəhərdə keçirdiyi yerüstü hərbi əməliyyatların əhatə dairəsini genişləndirməsi ilə bağlıdır.
    Əhali şəhərin cənub bölgələri istiqamətində hərəkət edir.
    Qəzzanın şimal bölgəsində köçdən əvvəl, təxminən, 1 milyon nəfər məskunlaşırdı.

    Bununla belə, köç etməkdən imtina edənlər də qalmaqdadır.
    Bir çox ailə ya nəqliyyat və xərclərə görə hərəkət edə bilmir, ya da dəfələrlə didərgin düşdükləri üçün eksklavın hər hansı bir yerinin təhlükəsiz olduğuna inanmırlar.
    İsrail ordusu sosial şəbəkədə paylaşım edərək Qəzza şəhərində qalan fələstinliləri də “təcili” olaraq “humanitar zona” adlandırdıqları əraziyə köçməyə çağırıb.

    Birləşmiş Millətlər Təşkilatı və yardım təşkilatları kütləvi köçün humanitar böhranı daha da dərinləşdirəcəyinə dair xəbərdarlıq ediblər.
    Müşahidəçilərin sözlərinə görə, Qəzzanın cənub bölgəsində məskunlaşma istənilən halda çox sıxdır, həmçinin, köçmək üçün tələb olunan vəsait əksər əhalinin imkanları xaricindədir.
    Qeyd edək ki, Qəzzada müharibənin fəal mərhələsi 2023-cü il oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna hücum edərək 251 nəfəri girov götürməsi və 1 200 şəxsi öldürməsindən sonra başlayıb.
    İsrailin cavab hücumları nəticəsində Qəzzada ölənlərin sayı 64 803-ə çatıb. Ölənlərin yarısının qadın və uşaqlar olduğunu bildirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR