Çoxları məktəbdən kənarda qalıb-- Küçə uşaqları - yaşayış və təhsil hüququ arasında
Bu gün Azərbaycanda yeni dərs ili başlayır. Minlərlə məktəbli üçün bu, bilik bayramıdır, dostlar və müəllimlərlə görüşdür. Amma təəssüf ki, bütün uşaqlar parta arxasında otura bilmir. Çoxları məktəbdən kənarda qalıb – əsasən küçə uşaqları və yoxsul ailələrin uşaqları.
Çətin sosial-iqtisadi vəziyyətdə valideynlər övladlarını heç də həmişə lazımi məktəb ləvazimatları: dərslik, dəftər, paltar və ayaqqabı ilə təmin edə bilmirlər. Nəticədə uşaqlar təhsil hüququndan məhrum olurlar.
Küçədə işləyən və yaşayan uşaqlar üçün Günərzi “İşıqlı Ev” Sosial-Psixoloji Reabilitasiya və İdman-Sağlamlıq Mərkəzi -2002-ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərir. Bu Azərbaycanda yaradılmış ilk günərzi mərkəzdir.Günərzi sözünü 2002-ci ildə çoxları heç başa düşmürdü.
Bu Mərkəz küçədə işləyən və yaşayan, həmçinin aztəminatlı ailələrdən olan uşaqlar üçün dayaq məkanına çevrilib. Mərkəz həyatın bütün çətinliklərini görmüş azyaşlıların sığınacağı, sosial və psixoloji dəstək ünvanıdır. Mərkəz fəaliyyətə başladığı gündən indiyədək 5000-dən çox uşaq reabilitasiya proqramına cəlb olunub. Hazırda hər gün uşaqlar mərkəzə müraciət edir.
Onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif sosial proqramlar və tədbirlər həyata keçirilir. Ailə və valideyn himayəsindən məhrum olan uşaqların sayı hər gün artır. Bu günün acı reallığı – baxımsız uşaqlar problemidir. Belə uşaqların ən çox ehtiyac duyduğu isə qayğı, sevgi və onları anlayacaq bir mühitdir. Mərkəzdə uşaqlara isti yemək və geyimlə köməklik edilir, yazıb-oxumaq, rəsmlə məşğul olmaq öyrədilir, idmanla məşğul olmaq üçün şərait yaradılır.
Uşaqlar niyə məktəbə getmirlər?
Müasir cəmiyyətdə təhsil təkcə biliyin açarı deyil, həm də uşağın gələcəyi tapmaq imkanıdır. Lakin ağır sosial-iqtisadi vəziyyətdə bir çox ailələr uşaqlarını lazımi məktəb ləvazimatları: dərslik, dəftər, paltar və ayaqqabı ilə təmin edə bilmirlər. Nəticədə uşaqlar məktəb sistemindən kənarda qalırlar.
Əsas şəraitin olmaması uşaqları küçəyə itələyir. Ailənin sağ qalmasına kömək etmək üçün onlar işə başlayırlar: xırda mal satmağa, maşın yumağa, dilənməyə. Bu zaman onların yaşıdları məktəb partalarında oturur və onlar ən vacib şeyi - təhsil hüququnu itirirlər.
Evsizlik Problemi
Uşaq məktəbdən kənarda qalanda əslində küçə ilə tək qalır. Bu, evsizlərin artmasına, kriminal və antisosial mühitə düşmə riskinin artmasına, həmçinin nə biliyi, nə də perspektivi olmayan “itirilmiş nəslin” formalaşmasına gətirib çıxarır.
Nə etmək olar?
Küçə uşaqları üçün məktəblərin və tədris mərkəzlərinin yaradılması çoxlu vəsait tələb edən son dərəcə mürəkkəb işdir. Bununla belə, hətta kiçik bir kömək də fərq yarada bilər. İctimai təşkilatlar və təşəbbüs qrupları:
• məktəbdən sonra uşaqlara ev tapşırıqlarında kömək etmək;
• onların asudə vaxtlarını keçirmələri üçün təhlükəsiz yerlər təşkil etmək;
• onları geyim, ayaqqabı və yeməklə təmin etmək;
• valideynlər üçün təhsilin dəyərini izah edən maarifləndirici proqramlar keçirmək.
Kiçik bir addım - böyük bir dəyişiklik
Hər dərslik, hər ayaqqabı və ya məktəbli forması uşağın məktəbə qayıtması üçün şans ola bilər. Küçə uşaqlarını dəstəkləməklə biz onların nəinki gündəlik problemlərini həll edirik, həm də gələcək cəmiyyətin - savadlı, ədalətli və sosial cəhətdən dayanıqlı cəmiyyətin əsasını qoyuruq.
Lakin bütün bu işlər görülməsinə baxmayaraq, mərkəzin imkanları məhduddur. Daha çox uşağa kömək edə bilmək üçün ictimaiyyətin, dövlət qurumlarının və donor təşkilatların dəstəyinə ehtiyac var.
Südabə Şirəliyeva
Günərzi “İşıqlı Ev” Sosial-Psixoloji
Reabilitasiya və İdman-Sağlamlıq Mərkəzi
childrenofstreets1@yahoo.com
Mobil: +994503322618
wh/s: + 9945-6494826