Acunla Şeymanın boşanması Türkiyə parlamentində müzakirə edildi
Türkiyənin “Tv 8” kanalının sahibi Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə edilib.
Publika.az verir ki, Şeyma Subaşının keçmiş həyat yoldaşından alacağı 125 min tl aliment millət vəkilllərini narahat edib.
Məsləni MHP-li parlamentari Səfər Aycan Milli Məclisin müzakirəsinə çıxarıb. O, məsələ ilə bağlı “media insanlarının boşanmaları gündəlik seriallar kimi göstərilir. Kompensasiyalar, protokol detalları şirin-şirin təqdim edilir. Pis örnəkdir. Boşanma haqqdır, amma pis haqqdır. Onun reklam ediləcək tərəfi yoxdur” deyib.