"Övladlarım məndən utanmır, utanmaz da... Çünki mənim kimi anaları var. Bir pis işim yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Hər şey daxil" verilişində deyib. Xanəndə uşaqlarını efirə çıxaran məşhurları qınayıb:
"Hərənin öz işi var. Çıxıb efirə uşaqlarını göstərirlər. Hərəni öz ayağından asacaqlar. Məktəbdə bilmirlər ki, uşaqların anası mənəm. Getmirəm ki, bilməsinlər onların anası Elnarədir.
Televiziya ilə bağlılıqları yoxdur. Efirdə nə işləri var? Özüm də istəməmişəm bilsinlər. Uşaqlarımdan biri universitetdə, digəri 11-ci sinifdə oxuyur. Müəllimləri ilə də telefonla danışıram".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.