AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Roza Zərgərli: "ATV və "Xəzər"də qadağadayam, buna səbəb isə .."

  • + A
  • - A
  • 22-06-2017, 11:40

    Roza Zərgərli: "ATV və "Xəzər"də qadağadayam, buna səbəb isə .."

















    Uzun müddətdir "Azad Azərbaycan” telekanalında efirə çıxmasına qadağa qoyulan Roza Zərgərlinin kanal rəhbərliyi ilə münasibətlərinin yenidən qaydasına düşdüyü haqqında xəbərlər yayılıb.

    AZXEBER.COM məsələ ilə bağlı ATV-nin ictimai–siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departimentinin rəhbəri Turan İbrahimovla əlaqə saxlayıb. Turan portalımıza açıqlamasında deyib ki, ATV-də kiminsə "qara siyahı”ya salınması anlayışı və praktikası yoxdur:

    "Bizim kanalda belə məsələ ola bilməz. Sadəcə son zamanlar televiziyanın efir siyasəti elədir ki, müğənnilərə az ehtiyac yaranıb. Ancaq hansısa müğənninin hansısa verilişin muxbir və ya prodüseri ilə problemlərinin olması istisna deyil. Ancaq deyə bilərəm ki, nəinki Rozaya, heç bir müğənniyə bizim kanalda qadağa yoxdur. Ümumiyyətlə, bizde belə bir praktika və anlayış yoxdur”.

    Daha sonra müğənni Roza Zərgərli ilə əlaqə saxladıq. O, deyilənlərin doğru olduğunu bildirib:

    "Müğənnilər özlərindən heç nə uydurmur. Mən 2000-ci ildən sənətdəyəm. Bu müddətdə ATV-də cəmi 10-15 dəfə efirə çıxmışam. 6 ay ərzində isə ödənişli əsaslarla "Bakı vaxt ilə” verilişində çıxışım olub. Son günlər çıxışıma gəldikdə isə o "MG qrupun” layihəsi olduğu üçün bu baş tutdu. O prodakşın üçün heç bir fərqi yoxdur, kimi istəsə efirə dəvət edə bilir. Əslində isə mən həqiqətən ATV-də "qara siyahı”dayam. Bundan rəhbərlik xəbərdar olmasa da ikinci, üçüncü şəxslər belə vəziyyət yaradıb. Onlar özlərini rəhbərlik hesab edirlər. O qüvvələr aparıcılar deyil. Həm də telekanallarda müğənnilər adından rəhbərliyə yalnış məlumatlar gedir. Kiminsə ev şənliyinə çağırıldısa, müğənninin işi oldu getmədisə, o zaman müğənni qara siyahıya salına bilir.

    Müğənni Turanın ona dəstək olduğunu və aralarında dost münasibətlərinin olduğunu deyib:

    "Turan İbrahimov başqa kanallarda çalışanda mənə dəstək olub. Mən səhnəyə yeni dönüş edəndə də Turan mənə dəstək olurdu. Bu vəziyyətdən bəlkə də Turanın da xəbəri yoxdur.

    Roza açıqalamasında problemin yalnız ATV ilə deyil, başqa telekanallarla da olduğunu açıqlayıb.

    "Amma bu problem yalnız ATV ilə deyil, Xəzər televiziyası ilə də var. Xəzər TV-nin efirində heç vaxt qadağada olmamışam, amma yaradıcı departamentinə yeni rəhbər gələndən sonra mənə qadağa qoyulub. O da hər hansısa müğənni və prodüserlərin əmri ilə bunu edib. Bəs "Xəzər" kanalı "Ailəmizin kanalı” şüarı ilə fəaliyyət göstərir. Niyə həmişə eyni müğənnilər çıxış edir?! Bu Respublikada çıxış edən yalnız 2-3 ifaçı var? Radiolarda da eyni vəziyyət hökm sürür.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR