AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qayınatası həbs olunan Röya keçmiş ailəsinin BÜTÜN SİRLƏRİNİ ÜZƏ ÇIXARTDI: "O zaman..."

  • + A
  • - A
  • 27-07-2017, 13:49

    Qayınatası həbs olunan Röya keçmiş ailəsinin BÜTÜN SİRLƏRİNİ ÜZƏ ÇIXARTDI: "O zaman..."














    "Lazım olsa, oğlumu hər gün babası ilə görüşə aparacağam"
    Ötən gün Əməkdar artist Röya Ayxanın keçmiş qaynatası, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun həbsi ilə bağlı məlumatlar yayılıb. Biznesmen 21 milyonluq dələduzluqda ittiham olunur.
    Aztb.info müğənninin baş verən hadisə ilə bağlı PrimeTime.az-a geniş müsahibəsini təqdim edir:
    - Bu dəfə keçmiş qayınatanızın həbsi ilə gündəmdəsiniz. Baş verən hadisələr həm də sizin adınızla bağlanır. Buna münasibətiniz nəcədir?
    - Bu hadisənin yaşanmasına çox təəssüflənirəm. Boşansaq da, belə bir hadisənin olacağını ailə üzvlərindən eşitmişdim. Onların gəlini olanda bunlardan xəbərdar idim. O zaman bu hadisələrin təməli qoyulurdu.
    - Deməli, çoxdan nəsə baş verirdi...
    - Çingiz Cəlilov öz xalqı üçün çalışan şəxslərdən biridir. Çox uğurlu biznesmendir. Ailəli olduğum müddətdə bilirdim ki, kimsə o kişini aldatmışdı. Yalan-dolan işlər çevirmişdi. Halbuki, onun heç bir günahı yox idi. 100% əminəm ki, bu, indi də belədir. Yaxşı ki, bu sualı mənə verən oldu. Çünki heç yerdə açıqlama verməmişəm. Əlbəttə ki, o ailə qədər stress və əziyyət çəkirəm. Ona görə ki, o gözəl qandan, savadlı və tərbiyəli insanlardan mənim övladım dünyaya gəlib. Bu gün yayılan xəbər məni daha çox silkələdi. Ancaq bir tərəfdən sevinirəm ki, oğlum atası ilə yaşamır. Vaxtının çox hissəsini onlarla keçirir, isti münasibətləri var və onlara bağlıdır. Ayrıldığım gündən onları bir-birindən ayırmamışam. Bu gün oğlumun bu şeylərdən xəbəri yoxdur. Oğlumun dostları və onların valideynləri ilə danışdım ki, Hüseyn ayıq uşaqdır, onun yanında heç nə danışmasınlar. Çünki onu başqa cür böyüdürəm. Onun yanında heç kimi müzakirə etmirəm ki, sağlam uşaq olsun. Eyni zamanda, bu hal onun bütün nəvələri üçün keçərlidir. Çingiz müəllimi oraya çağıranda izahat üçün dəvət etmişdilər. Bu qədər ağır olacağını ailədən heç kim bilmirdi.
    - Ortada çox böyük bir məbləğ var...
    - Bəli, böyük məbləğlər var. Qayınatam çox ağıllı, çox istedadlı və düzgün adamdır. O bunu əvvəlcədən bilirdi və başa düşürdü ki, nələr olacaq. Ona görə də vəkil tutmuşdu. Vəkilə böyük pullar xərcləndi, lakin o, yoxa çıxdı. Yalandan özünü xəstəliyə vurub, guya xəstəxanada yatdığını, komada olduğunu bildirdi. Mən bir ana və keçmiş gəlin kimi xahiş edirəm, bu işi düzgün aparsınlar. Hansı qapını döymək lazım olacaqsa, şəxsən özüm bunu edəcəyəm. Rica edirəm ki, bu işin axırınadək gedib, hər şeyi yaxşı araşdırsınlar. Çünki onun nəvələri, övladları var. Dünən səhərədək yatmadım, ağladım. Əminəm ki, bütün gəlinləri də o haldadır. Bəlkə kimsə sevinir, ancaq Anardan ayrıldığım gündən onların ailəsinə pislik arzuladımsa, Allah bəlamı versin. Bunu yanımda çalışanlar və dostlarım da təsdiqləyə bilər. Bir qadın ki, hansısa ailədən dünyaya uşaq gətirirsə, onun haqqı yoxdur pislik arzulasın. Çünki bu qandır. İstər-istəməz bir qolu gəlib sənin övladına toxunur. Onun düzgün olmağına inanıram.
    - Ümumiyyətlə, bir insan kimi Çingiz Cəlilovun xasiyyəti necə idi?
    - Çox sərt, diqqətcil, gözəl zarafatları olan, aristokrat və bilikli adamdır. O, jurnalistika fakültəsini bitirib. Atası Asim Cəlilov kimi gözəl yazıları var. Baxmayaraq ki, məni qəbul etməməyi var idi, onda da haqlı idi. Tanıdı, gördü və sonradan qəbul etdi. Ancaq ailə içində olanlar orada da qalmalıdır. Nə onların mənə qarşı, nə də mənim onlara qarşı pis fikirlərim var.
    - Siz ayrılanda da bir-biriniz haqda gözəl fikirlər söyləmişdiniz. Ancaq qanun var. Hər halda suçlamalarda nəsə var...
    - Təbii ki, hər insanın səhvi var. Lakin Çingiz Cəlilov təqdim edilən kimi insan deyil. O, pis adam olsaydı, qoymazdı bu şəhərdə yaşayım, sənətimə davam edim. Amma bunlar 1-2 insana görə oldu. Biz mühakimə etməyək. Kimsə bunu başqa yerlərə yozmasın və müzakirə etməsin.
    - Yayılan xəbərlər arasında Çingiz Cəlilovun sizə bağışladığı villanın müsadirə olunması da var. Bu barədə nə deyə bilərsiniz?
    - Belə bir şey yoxdur. Çünki nə bir manat istəyərəm, nə də götürərəm. Oğlum üçün nəsə edərlərsə, o da 18 yaşından sonra alınar. Heç kimin malında, mülkündə gözüm yoxdur. Villaya gəldikdə isə kimsə özündən çıxartdı ki, həmin ev də əlindən alınıb. O villa deyildi, çoxdan borcun yerinə verilmişdi. Xahiş edirəm, bir insan yıxılanda ona balta vuranlar çox olmasın. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Bütün ailə bir evə yığılıb. Deyək ki, məni sevmədi, vermədi. Bəs o biri gəlinlərə niyə vermədi? Hər kəsi ədalətli olmağa çağırıram.
    - Deyilənlərə görə, Hüseyn babasına çox bağlıdır. Bu hadisə oğlunuza necə təsir edəcək?
    - Kişinin başına nə iş gələcək, onu Allah bilər. Ancaq oğlum onun üçün heç vaxt darıxmayacaq. Lazım olsa, hər gün onun görüşünə aparacam. Ona görə də indi bunları düşünmürəm. Çünki qayınatamı oraya izahat üçün çağırıb, Kürdəxanıya yollayıblar.
    - Proses hələ yeni başlayır...
    - Ancaq o xəstədir. Şəkəri var. Bir şey olsa nə olacaq? Çingiz müəllimin başına bir şey gələndən sonra onu aldadıb kağıza qol çəkdirən adamı tapacaqlar? Əminəm ki, ağıllı oğlanlarımız çoxdur. Buna dövlət başçımız və xanımı göz yummaz. Çünki ən azından onlar da babadır, nənədir. Qayınanam nə haldadır, onu yalnız biz görürük. İstərdim ki, Azərbaycanın biznesmenlərinə dəstək olsunlar. Onun səhvi sadəcə qol çəkməyi olub. Çox xahiş edirəm, jurnalistlər adımdan açıqlama verməsinlər. Mən Bakı şəhərindəyəm. Xatırladaq ki, Anar Cəlilov və Röya Ayxan 2008-ci ildə ailə həyatı qurub. Münasibətləri uzun çəkməyən cütlük 2014-cü ildə yollarını ayırıb. Onların Hüseyn adlı bir övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR