Murad Arif Lütfi Zadənin dəfn xərclərini öz üzərinə götürmək istəyir - “Şərəf olar…”
Tanınmış aparıcı və bəstəkar Murad Arif ABŞ-da yaşayan məşhur alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətinə münasibət bildirib
M.Arif Lütfi Zadənin vəsiyyətini qınaq obyetinə çevirənlərə sərt sözlər deyib: “Hamı sizə borcludur. Hamıdan nəsə tələb edir, umursunuz. Əsl borclu olan və umulanlardan başqa hamıya gücü çatır bu cəmiyyətin.
Lütfi Zadə dünya şöhrətli alimdir, dünyaya, bəşəriyyətə ELM irs edib. Bunun 2 tələbəni oxutmaqdan qat-qat ağır olduğunu anlamaq belə çətindirmi? İstənilən ərazinin də minnəti olsun ki, belə adamlar o ərazilərdə basdırılmaq istəyir. Onun dəfninin bütün xərclərini üzərimə götürməyə hazıram. Şərəf olar”.