AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı müğənnilər haqda bilmədikləriniz: Ağadadaş Ağayev müəllim, Flora Kərimova həkim... - SİYAHI

  • + A
  • - A
  • 24-09-2017, 13:05

    Azərbaycanlı müğənnilər haqda bilmədikləriniz: Ağadadaş Ağayev müəllim, Flora Kərimova həkim... - SİYAHI














    Onlardan bəzisi ixtisasca həkim, filoloq, bəziləri isə iqtisadçıdır. Söhbət Azərbaycan müğənnilərindən gedir.

    Baku.ws ixtisası fərqli olan müğənnilərin siyahısını hazırlayıb.

    Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

    Xalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

    Xalq artisti Zülfiyyə Xanbabayeva 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub

    Əməkdar artist Röya Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

    Əməkdar artist Baloğlan Əşrəfov 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib.

    Müğənni Aysel Teymurzadə 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olub. 2004-2005-ci illərdə burada təhsil alıb.

    Müğənni Ağadadaş Ağayev 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983).

    Müğənni Abbas Bağırov 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kollecində təhsil alıb.

    Müğənni və aktrisa Elnarə Xəlilova 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR