Nura Suri azərbaycanlı milyonçunun sarayında - FOTO-VİDEO
Özünü müxtəlif peşələrdə sınayan müğənni və teleaparıcı Nura Suri bu dəfə də reklam filmi üçün kameralar qarşısına keçib.
AZXEBER.COM xəbər verir ki, efirlərə az çıxmağı üstün tutan ifaçı İtalyan firmasının siması seçilib. 14 saat davam edən çəkilişlər Hacı Zeynalabdin Tağıyevin ev muzeyində baş tutub. İlk dəfə çəkilişlərin həyata keçirildiyi məkanda reklam filmini və fotosessiyanı Əli Fərhad lentə alıb. Çəkilişlərdə iki libasdan istifadə edən Nuranın geyimlərini isə gənc modelyer Günel Babayeva hazırlayıb.Qeyd edək ki, müğənniliklə yanaşı təşkilatçılıq və pr işləri görən ifaçı bundan öncə də dünyaca məşhur brendlərin reklam filmlərində yer alıb.
Məlumat üçün bildirək ki, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi bina əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olub. Sözügedən bina 1893–1902-ci illərdə mülki mühəndis Y.V.Qoslavski tərəfindən inşa olunub. Saray Tağıyevin həyat yoldaşı Sona xanıma hədiyyəsi olub.