ARB-nin aparıcısının çəkiliş vaxtı halı pisləşdi, təcili yardım gəldi — FOTO
ARB telekanalında yayımlanan "Çıxış yolu" verilişinin aparıcısı Afət Rahilqızının çəkiliş zamanı halı pisləşib.
"Ölkə.Az"-ın məlumatına görə, dərhal təcili yardım çağırılıb və həkimlərin müdəxiləsindən sonra jurnalistin səhhəti stabilləşib.
Rahilqızı bu barədə özü məlumat verib:
"Rejimsiz yemək ve rejimsiz yatmağin nəticəsi-qızdırma, təzyiq, halsızlaşma. İynədən qorxsam da, məcbur etdilər. İsmayıllı rayonunun Təcili Tibbi Yardım həkimlərinə təşəkkür edirəm. İndi bir az yaxşıyam"
Qeyd edək ki, aparıcı bu gün sosial şəbəkədə səhhətinin qaydasında olduğunu bildirib.