AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Xəstəliyimin acığına...” - Zümrüd hər kəsi kövrəltdi

  • + A
  • - A
  • 6-02-2017, 10:09

    “Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu görüntüdə 6 dəfə kimyəvi terapiya qəbul etmişdim”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri aktrisa-aparıcı Zümrüd Qasımova sosial şəbəkədə yazıb.

    O, xəstəliyə yoluxan zaman çəkilən videonu paylaşıb, xərçənglə bu cür mübarizə apardığını qeyd edib:

    “Arıqlayıb 47 kiloqram olmuşdum. Saçlarım və qaşlarım tamamilə tökülmüşdü. Buna baxmayaraq, yeni paltar tikdirmişdim ki, zövqlü görünüm.

    Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir”.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR