AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cinsi gücü artırır, xərçəngin qarşısını alır…

  • + A
  • - A
  • 3-11-2018, 12:02

    Cinsi gücü artırır, xərçəngin qarşısını alır…















    Dünyada ən çox qəbul edilən 26 meyvədən biri də kividir.

    Kivinin insan orqanizminə bir çox faydası var. Kivi C vitamini ilə çox zəngindir. Soyuq havalarda qəbul edilməsi nəfəsalma ilə bağlı problemləri azaldır.

    Kivi əsasən astma və nəfəs darlığı, nəfəsalma problemi olan insanlar üçün çox faydalıdır. 100 qram kivinin tərkibində 100-400 milliqram C vitamini var. Bundan başqa maqnezium, potasium ilə də zəngindir.

    Kivinin tərkibində E vitamini, mis, fosfor, B2, A vitamini də var.

    İtaliyada 18 min uşaq üzərində aparılan təcrübə sübut edib ki, C vitamini ilə zəngin olan kivi qəbul edən fərdlərin 44%-i nəfəsalma ilə bağlı problemi azalıb.

    Kivi qanı sulandırır, kişilərdə cinsi istəyi artırır. Xərçəngi yaradan genlərdə mutasiyanın qarşısını alır. Tərkibindəki lutein turşusu prostat, ağ ciyər xərçənginə qarşı faydalıdır.

    Şotlandiyanın Rovett Tədqiqatlar İnstitutunda könüllü fərdlər üzərində aparılan təcrübənin nəticələri də maraqlı olub. 3 həftə kivi qəbul edən insanların qan plazmasında C vitamini artıb. DNA ziyanı isə azalıb.

    Kivi anti kanserogen xüsusiyyəti ilə orqanizmi qoruyur. Elmi araşdırmalara görə yan təsir göstərməyərək kivi qanı sulandırır, infarktın qarşsıını alır.

    Bundan başqa xolesterolu azaldır, qəbz problemini həll edir, stresi azaldır, depresiyanın qarşısını alır, orqanizmdə şəkərin miqdarını tənzimləyir, görmə qabiliyyətini artırır, uşaqlarda sümük və beyin inkişafına təkan verir, formada qalmağa kömək edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR