Bu qidalar bağırsaq xərçənginə səbəb olur — Ehtiyatlı olun!
Oksford universitetinin tədqiqatçıları yeni araşdırmanın nəticələrini açıqlayıblar.
Elmi iş “International Journal of Epidemiology” jurnalında dərc edilib. Məlum olub ki, hər gün qırmızı (mal, donuz və qoyun) və işlənmiş ət qəbul etmək bağırsaq xərçənginə səbəb ola bilər.
Tədqiqat 6 il davam edib. Mütəxəssislər 500 min pasientin məlumatlarını toplayılblar. Elmi iş başlayanda yaşı 40-69 arası olan 2609 nəfərdə bağırsaq xərçəngi aşkar edilib. Tədqiqat nəticəsində məlum olub ki, gündə 76 qram qırmızı ət və emal edilmiş ət yeyən insanlar gündə 21 qram və daha az yeyənlərlə müqayisədə onkoloji xəstəliklərə 20% daha çox yoluxurlar.
Bundan başqa gündə 54 qram qırmızı ət yeyənlərdə bu nisbət gündə 8 qram qırmızı ət yeyənlərlə müqayosədə 15 faiz yüksək olub.