AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xərçəngdən qorunmaq üçün bunları edin

  • + A
  • - A
  • 2-04-2019, 10:25

     Xərçəngdən qorunmaq üçün bunları edin















    Xərçəng bütün dünyada ürək-damar xəstəliklərindən sonra ən çox ölümə səbəb olan xəstəlik hesab olunur. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə xərçəng xəstələrinin sayının daha da artdığı bildirilir.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ötən il 18 milyon nəfərə xərçəng diaqnozu qoyulub, xərçəngdən ölənlərin sayı isə 9,5 milyon nəfəri ötüb.

    Hesab edilir ki, bu halların cəmi 5-10 faizi genetik faktorla, qalan 90-95 faiz ətraf mühit amilləri ilə birbaşa bağlıdır. Ətraf mühit amillərinin 30 faizini qidalanma təşkil edir.

    Aparılan araşdırmalar göstərir ki, düzgün qidalanma qaydalarına əməl edənlər, gündəlik daha çox meyvə-tərəvəz yeyənlər arasında daha az xərçəng xəstəsi var.

    Ona görə də daha çox meyvə-tərəvəz yemək, hər gün mümkün qədər fərqli rəngdə məhsullar qəbul etmək tövsiyə olunur. Qadınlar gündə 2-3, kişilər isə 3-4 porsiya meyvə-tərəvəz yeməlidir. Vitamin, minerallarla zəngin olan meyvə-tərəvəzlər daha çox və lif qaynağı sayılır, lifli qidalar ən çox həzm sistemi orqanlarının xərçəngindən qoruyur.

    Ona görə də gündə 2-3 kasa miqdarında çiy tərəvəz, 6-8 yemək qaşığı zeytun yağı və ya yaxud bişmiş tərəvəz yeməyi alışqanlıq halına gətirmək lazımdır.

    Meyvə-tərəvəzlərin hər birini öz mövsümündə yemək daha doğru sayılır.

    Qidalanmada mütləq karbohidratlara da yer ayırmaq lazımdır. Gündəlik qida rasionunda mütləq buğda çörəyi olmalıdır. Yulaf, bulqur, mərcimək, quru lobya, noxud ən azı həftədə iki dəfə yeyilməlidir.

    Eləcə də həftədə iki dəfə balıq yemək lazımdır, çünki balıqda olan omeqa yağı xərçəngin yaranma riskini azaldır. Balığı, eləcə də qırmızı əti buğlama və ya sobada bişirmək tövsiyə olunur. Qırmızı ət qəbulunu mümkün qədər azaltmaq lazımdır. Həddən artıq qırmızı ət yeyənlər daha çox mədə və bağırsaq xərçənginə məruz qalır. Ona görə də qırmızı ət qəbulu həftədə iki dəfədən çox, bir insan üçün norma isə 350 qramdan artıq olmamalıdır.

    İşlənmiş ət məhsullarını isə ümumiyyətlə, yeməmək məsləhət görülür. ÜST-ün məlumatlarına görə, gündə 50 qram işlənmiş ət qəbulu xərçəng riskini 18 faiz artırır.

    Bu məhsulların əvəzinə gündə 3 stəkan qatıq, kefir içməyi alışqanlıq halına salmaq lazımdır.

    Bundan başqa, mütəxəssislər hesab edir ki, süni, işlənmiş şəkər bədəndə yağ kütləsini artmasına səbəb olur, bu isə xərçəng riskini artırır. Ona görə də orqanizmə şəkər hesabına gündəlik daxil olan enerji miqdarı 5 faizindən artıq olmamalıdır. Məsələn, gündə 2000 kalorilik qida qəbul olunursa, bunun cəmi 100 kalorisi şəkərin payına düşməlidir…



    e-tibb.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR