Alimlərdən açıqlama — Hamilə qadınlara qəhvə və çay içmək olmaz
İrland alimlərinin yeni tədqiqatının nəticələri “American Journal of Clinical Nutrition” jurnalında dərc edilib.
Nəticələrə əsasən, hamilə qadınlara çay və qəhvə içmək olmaz. Çünki çay və qəhvənin tərkibində olan kofein hamilə qadınlarda dölün çəkisinin azalmasına səbəb olur.
Alimlər 941 ana və övladlarının məlumatlarını tədqiq ediblər. Hamilə qadınların 48 faizində kofein mənbəyi çay, 38 faizində isə qəhvə olub. Mütəxəssislər müəyyən ediblər ki, qəbul edilən 100 milliqram kofein doğulacaq körpənin çəkisini 72 qram azaldır. Bununla yanaşı, boyu kiçik olur və digər problemlər də üzə çıxır.
Tədqiqatın nəticələrinə əsasən, kofeindən maksimum istifadə edən anaların dünyaya gətirdiyi körpələrin çəkisi, çay və qəhvəni az içən anaların körpələrinə nisbətən 170 qram az olub.