AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təranə Səmədova: "Rəqsanənin mənə 21 min 500 dollar borcu var, pulumu vermir" - MÜSAHİBƏ

  • + A
  • - A
  • 30-06-2017, 14:21

    Təranə Səmədova: "Rəqsanənin mənə 21 min 500 dollar borcu var, pulumu vermir" - MÜSAHİBƏ

















    Tanınmış prodüser Təranə Səmədova AZXEBER.COM-a müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik

    - Son zamanlar müğənnilərlə iş birliyiniz yoxdur. Sanki müğənnisiz qalmısız...

    - Mənimlə işləmək istəyənlər yenə də var. Sadəcə mən onlarla işləmək istəmirəm. O gələnlərin içərisində tam potenisialı olan, onunla işləməyimə layiq biri yoxdur.
    - Potensial deyərkən nəyi nəzərdə tutursuz?

    - İlk növbədə müğənnin sənəti olmalıdır. Yeni başlayan müğənnidirsə, mütləq pulu olmalıdır. Daha sonra səhnəyə görünüşü və s.

    - Açıqlamalarınızın birində "şou-biznesdə ağzım çox yanıb” deyərək gileylənibsiz.

    - Bu şou-biznes məktəbi məni elə silkələyib ki.. Hər zaman da güclü xarekterim məni ayağa qaldırıb. İnsanlara layiq olduğu dəyəri verirəm, layiq olduğundan artıq dəyər vermirəm. İşlədiyim müğənnilərin bir çoxu hansısa kanallarda qadağası olubsa, gedib xahiş etmişəm. İrəli getmək üçün yollarını açmışam. Bu respublikada irəlidə olmaq üçün ilk növbədə pulun, daha sonra tanışlığın olmalıdır. Zamanında kimlərə yaxşılıq etdim sonunda nə oldu? Onlar üçün çox şey oldu amma mənim üçün heç nə olmayıb. Limitimi başqaları üçün istifadə etdim. Televiziya rəhbərlərinin yanına gedib xahiş etdim ki , istedadlıdı kömək edək irəli getsin. Özüm üçün xahiş etməyə üzüm gəlmir. Dostum zəng edib, işini reklam etməyi xahiş edirdi. Köməklik edirdim sonra məni unudurdu. Elə insanlar dostluğun qədrini bilmədi.

    - Rəqsanə, Kərim, Günay, Günel.. amma davamı gəlmədi...

    - Prodüser kimi işlədiyim ilk müğənni Günel Ələkbərova olub. Güneli Aygün Kazımovaya oxşadırdılar. Dedim sənə ele bir şey edək ki, səni özün kimi tanısınlar. Bizim millət biraz tez bazar danışmağı sevir. Qısacası onu "Pişik Günel” kimi tanıtdıq. Kərimin yaradacılığında çox böyük rolum olub. Ardınca Rəqsanə, Günay daha sonra Fəqan Səfərov var idi. Amma Fəqan indi yoxdur. Teymur Əmrah elə müğənnilərə "yararsız” deyir. Elə insanlar tək başına nəsə edə bilmirlər. 1 ayda Nazəninlə işləmişəm. Nazəninlə işləyəndə onun qulağını çox doldururdular. "Güvənmə, etibar etmə” kimi sözlər deyirdilər. Onlardan biri də Rəqsanə İsmayılovadır. Həmin ərəfələrdə Nazənin 3-cü dəfə ana olmağa hazırlaşırdı. Bunu da hər kəsdən gizli saxlayırdı. O da istəməzdi əlavə söz söhbət yaransın. İllər keçdi efirdə danışdım. Nazənin pis olmuşdur. Mən sms yazdı ki, "Kaş həmin anlardan sənin yanında olaydım. Səni tam başa düşməmişəm

    - Saydığınız müğənnilərlə iş birliyiniz heç vaxt sakit sonlanmayıb. Bir çoxları ilə qalmaqalla ayrılmısız...

    - Qalmaqalla ayrıldığım müğənnilərə fikir versəz görərsiz ki, bu halı yaradan özləridir. Mən onlar haqqında heç danışmırdım. Əslində mənə təkan verdilər, mən də ictimaiyyətə onları tanıtdım.
    - Dediyiniz müğənnilərdən hansına etdiyiniz yaxşılığa peşmansız?

    - Rəqsanə! Kaş ona yaxşılıq etməzdim. O buna layiq deyil. Kərimə etmişdim, qarşılığını illər sonra qaytarır. Rəqsanənin heç bir doğmasının etmədiklərini mən onun üçün etmişəm. Qalmaqal yaradacaq sözlər işlətmək istəmirəm. Onlar məhkəmə işlərinə çox öyrəşiblər, amma mənə ele şeylər lazım deyil.

    - Nə vaxtsa aranızda barışıq ola bilər?

    - Barışıq o zaman ola bilər ki, yalandan gülüb keçək. Bu da o zaman olar ki, mənə yalnız maddi borcunu qaytarsın.

    - Rəqsanənin sizə maddi borclu olduğun tez-tez deyirsiz. Amma dəqiq miqdarın heç açıqlamamısız. Gizli deyilsə deyə bilərsiz?

    - 23 min dollar idi. Zülümlə 1500 dollar aldım. İndi 21500 dollar borcu var. O pulu kimlərdənsə, alıb vermişdim. Pulları mən geri qaytardım. Çünki mənə inanıb vermişdilər. Hər cür yola əl atdı, qaytarmadı. Efirə çıxıb deyir ki, "onun pulu var”. Harda yazıblar ki, produser dilənçi olmalıdır? Nə olsun mənim pulum var, sənin mənim pulumu qaytar da.
    - Müğənnilərlə ev şənliklərin qatılırsız. İndiyə kimi yadda qalan hadisə nə olub?

    - İllər öncə Rəqsanənin "Mən səni görmək istəsəm hara gəlim” mahnısının populyarlıq dövrü idi. Hara gedirdik o mahnını oxumağı xahiş edirdilər Rəqsanə indi o mahnını oxumur guya qlamurdu. Fakt bunu sən oxumusan da. Hər dəfə yalandan bir bəhanə edir. Toyda şabaş verdilər. Şabaş verənlərdən biri buna yaxınlaşdı, nəsə deyib getdi. Mən soruşanda boş ver dedi. Biz də o vaxtı mühafizəçi ilə gəzirdik. Mühafizəçinin söhbətə qarışması ilə aləm dəydi bir-birinə, dava düşdü.

    Bir dəfə də qrupla çalışdığım zaman olub. 2009-cu il idi. Ev yiyesi yapışıb ki, sən oxu. Başa salıram ki, mən oxuyan deyiləm. O da bir dəfəlik cavabında "Oxuyan deyilsən burda nə oturmusan, dur çıx get” dedi (gülür).
    Bir aralar aparıcı kimi tamaşaçılar qarşısına çıxdız. Yenidən belə bir fikriniz ola bilərmi?

    - İstədiyim kanalla danışıqlar aparıram. Hər şey ola bilər. Tam veriliş ərsəyə gələndən məlumat verəcəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR