Mədət Quliyev idman ulduzu ilə veloyürüşdə – VİDEO
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.
azadmedia.az baku.ws-yə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı, Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.
“Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın Milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.
Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şose velosipedçisi, “Synergy Baku Cycling Project” komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.[center]