Küçədə halı pisləşən kişi ilə qadın barədə maraqlı araşdırma — Ən çox hansına ilk tibbi yardım göstərilir?
Pennsylvania Universitetinin mütəxəssisləri kişi ilə qadın arasında ölüm formasını müqayisə edərək maraqlı nəticələr əldə ediblər.
“Ölkə.Az” xəbər verir ki, bu nəticələri “EurekAlert” portalı yayımlayıb. Verilən məlumatda bildirilir ki, elm adamları ölüm və xəsarət hallarının kişi ilə qadın arasında müqayisə ediblər.
Müqayisəyə görə, ürək tutması olan zaman, kişilərə yardım etmək daha asandır, nəinki qadınlara. Küçədə halı pisləşən qadınların ölüm riski daha çox olur. Belə ki, əgər kişinin halı küçədə pisləşərsə, yad insanların 45 faizi ona yardım edə biləcək. Yad insanlar halı pisləşən kişiyə süni nəfəs verə, onu masaj edə bilərlər. Lakin qadında bu vəziyyət tam başqa olur. Bu zaman yad insanların 39 faizi qadınlara yardım edir. Çünki yad qadına toxunmağa çox adam ürək etmir.
Elm adamları bunu ən çox fiziki və psixoloji amillərlə izah ediblər. Bu həm də qadınların yaşına görə fərqlənir. Belə ki, gənc qadınların halı küçədə pisləşərsə, ona yardım etməyə çox insan ürək etmir. Lakin qadının yaşı çox olduqda, yad insanlar daha asanlıqla ona ilk yardım göstərə bilirlər. Halı pisləşən insan üçün də ilk tibbi yardım onun həyatını xilas edə bilər.