Gözəlova bu nazirliyə mətbuat katibi təyin edildi
Jurnalist Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub.
Bu barədə həmkarı Mehman Mehdiyev məlumat yayıb.
Qeyd edək ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.