AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın 800 illik abidələri məhv olur - FOTO

  • + A
  • - A
  • 16-05-2019, 13:40

    Azərbaycanın 800 illik abidələri məhv olur - FOTO












    Güney Azərbaycanın Marağa şəhərinin tarixi Göy Günbəz və Dairəvi Günbəz abidələrinin 3 il əvvəl başlayan təmir-bərpa işləri bir ildir dayandırılıb.

    Kult.az xəbər verir ki, layihənin dayandırılmasına vəsait çatışmazlığının səbəb olduğu bildirilib.

    Göy Günbəzin üstünün uzun müddətdir çadırla örtülməsinə münasibət bildirən İranın Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının muzey işləri üzrə məsulu Məhəmmədrza Kargər tarixi binanın çadırla qorunub-saxlanılmasının mümkün olmadığını deyib:

    “Abidənin üstü düzgün şəkildə bağlanmasa, binaya ciddi ziyan dəyəcək. Eləcə də Göy Günbəzlə bir neçə metrlik məsafədə yerləşən Dairəvi Günbəz türbəsi təmir edilməsə, qar və yağışın altında qalıb məhv olacaq. Tarixi abidələrdə təmir-bərpa işlərinin sürətlə davam etdirilməsi vacibdir”.

    Qeyd edək ki, Azərbaycan memarlığının maraqlı nümunələrindən olan Göy Günbəz və Dairəvi Günbəz türbəsi 800 il bundan öncə Səlcuqlar dövründə inşa edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR