Xalq artisti əsəbiləşdi - "Qadınlar əcəb edib xəyanət edir"
Dünya TV-də yayımlanan və Mətbuat.az saytının informasiya dəstəyi olduğu "PAY" şou verilişinin "AYRILIQ" mövzusuna həsr edilmiş buraxılışında qonaq olan xalq artisti Flora Kərimova kəskin fikirləri ilə tamaşaçıları təəccübləndirib
Unikal.org xəbər verir ki, "Qadınlar hansı səbəblərdən xəyanət edir?" sualına Flora Kərimova belə cavab verib:
"Özüm etmərəm, çünki çox iradəli qadınam. Lakin hansısa sevən qadının oxu daşa dəyəndə, onu başa düşərəm. Biz qadınlar necə mübarizə aparmaylıq? Ya gərək ayağına yıxılaq yalvaraq, ya gərək deyək ki, get, amma ailəni atma. Siz kişilər bunları istəyirsiniz, siz hər şeyi boynumuza atmaq istəyirsiniz. Əcəb edib xəyanət edir qadınlar. Mən bunu zarafatla dedim, təbii ki. Hər şeyin günahkarı kişilərdir. Yığışdırın özünüzü kişilər!"
Verilişin digər qonaqları, müğənni Elnar Xəlilov və psixoloq Aygül Xəlilova da maraqlı fikirləri ilə yadda qalıb.