AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar artist koronavirusdan vəfat etdi

  • + A
  • - A
  • 13-01-2021, 21:07



    Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

    AzadMedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun koronavirusdan vəfat etdiyi bildirilib.

    Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

    Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib. 2009-cu ildə Əməkdar Artist fəxri adına layiq görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR