AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cərimələnmək restoranlara dərs olmur? – Türkiyədən gələn məşhurlar, konserti təxirə salınan Xalq artistləri

  • + A
  • - A
  • 22-06-2021, 08:17

    Cərimələnmək restoranlara dərs olmur? – Türkiyədən gələn məşhurlar, konserti təxirə salınan Xalq artistləri

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kütləvi tədbirlərin keçirilməsi ilə bağlı xəbərdarlıq etsə də, restoranların əksəriyyəti bu qadağaya məhəl qoymur. İctimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin, toyların keçirilməsi davam etməkdədir.
    Belə ki, müğənni Niyam Salamiyə məxsus restoranlar da cərimə edilənlər siyahısına qatılıb. Sumqayıt şəhərində fəaliyyət göstərən “Salam-İ” restoranında (keçmiş “Turan Eli” ) şənbə günü xüsusi karantin rejimi kobud şəkildə pozularaq gizli toy mərasimi keçirilib. Hüquq- mühafizə orqanlarının əməkdaşları məkanda əməliyyat keçiriblər. Nəticədə toy sahibləri, qonaqlar və restoranın işçi heyəti polis şöbəsinə aparılıb. N. Salami beş min manat, məkanın administratoru 200 AZN dəyərində cərimələnib.

    Üç gün əvvəl isə sənətçinin Novxanı qəsəbəsində yerləşən “Salam-İ” restoranında Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən reyd aparılıb. Monitorinq zamanı qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimələnib.

    Təbii ki, xəbərdarlıqlara məhəl qoyan məkanlar da az deyil. AQTA-nın xəbərdarlığından sonra konserti təxirə salınan müğənnilərimiz də var. Belə ki, Xalq artistləri Aygün Kazımovanın və Röya Ayxanın konsertləri qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Alişanın da konsertinin afişası gecənin keçiriləcəyi məkanın səhifəsindəndən silinib.

    Mustafa Cecelinin izdihamla keçən konsertinə görə “İstanbul Meyhane Bilgah” restoranı cərimələnsə də, hələ də konsertlər təşkil etməyə davam edir. Alişanın konsertinin afişasını “İnstagram” səhifəsindən siliblər. Ancaq Cem Belevi ilə Burayın iyulun 3-ü məkanda konsert proqramı ilə çıxış edəcəyini haqqında yeni məlumat paylaşılıb.

    Bakıya gələn digər məşhur müğənnilər də Demet Akalin ilə Soner Sarıkabadayıdır. Onlar Bakının fərqli restoranlarında konsert proqramları ilə çıxış edəcəklər. Demet iyunun 26-sı “See Breeze Baku” resortda yerləşən “Chilai Baku” restoranında səhnəyə çıxacaq. Soner isə iyulun 3-də “Bəylərbəyi Baku” restoranında konsert proqramı ilə çıxış edəcək.

    Bu konsertlərdə karantin qaydaları hansı səviyyədə gözləniləcəyi isə əlbəttə ki, konsertlərdən sonra bəlli olacaq.

    Qeyd edək ki, AQTA-dan bildirilib ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək.
    Musavat.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR