AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc rəssam Afsana Habib tanınmış italyan dizayn şirkəti ilə birlikdə çalışacaq

  • + A
  • - A
  • 12-03-2022, 16:38

    Gənc rəssam Afsana Habib tanınmış italyan dizayn şirkəti ilə birlikdə çalışacaq

    Ötən həftə “Favole” adlanan ilk fərdi sərgisi isə diqqət cəlb edən gənc rəssam Afsana Habib tanınmış italyan dizayn şirkəti ilə birlikdə çalışacaq.

    Rəssam mətbuata açıqlamasında şirkətin adını gizli saxladığını, yaxın zamanlarda hər iki ölkənin mediasında bu barədə məlumat verəcəyini qeyd edib: “Bundan sonra əl işlərimi İtalyanın tanınmış və məşhur bir dizayn şirkətində görəcəksiniz. Hansı ki, bu şirkət beynəlxalq standartlara uyğun işlər hazırlayır. Dünyaya çıxarılan bu dizaynlarda azərbaycanlı rəssamın da imzası olacaq”.


    Qeyd edək ki, gənc rəssam Afsana Habibin ötən həftə Muzey Mərkəzi Sərgi Qalereyasında bir həftə ziyarətçilərin üzünə açıq olan sərgi bu gün də müzakirə obyektidir. Belə ki, 62 rəsm əsərin daxil olduğu sərgi “Venesiya karnavalı” təəssüratı bağışlayıb. Sərgidə ziyalılar, tanınmış sənət adamları, incənət nümayəndələri, Xalq rəssamları iştirak edib.

    Eyni zamanda gənc rəssamın Parisdə, Romada, Londonda, Moskvada, Brüsseldə, Tbilisidə və dünyanın bir sıra digər iri şəhərlərində vernisajları yer alıb. Afsana Habib həmçinin də beynəlxalq müsabiqələr iştirakçısı və qalibidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR