Tanınmış rəssam Bağırov Qalib İsgəndər oğlu dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, əməkdar rəssam uzun sürən xəstəlikdən sonra ürək tutmasından 74 yaşında həyatını itirib.
1945 ci il may ayının 9-da Gəncə şəhərində anadan olub. Mərhum 1996 cı ildə Əzim Əzimzadə adına incəsənət,1971 ci ildə Moskva Stroqanov adına incəsənət məktəblərini bitirib.
Rəssam bir sıra əsərlərin müəllifi olub. O 1996-cı ildə Gəncə Çökək Hamam Kompleksində mərkəzinin yaradıcısı kimi tanınıb. Bundan əlavə rəssam Azərbaycan Texnologiya Universitetində müxtəlif vəzifələrdə çalışıb.
Ömrünün sonuna kimi Çini Qablar Zavodunun baş rəssamı olub. Bu günlərdə Qabil Bağırovun yeni kitabının təqdimatı keçirilməli idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.