AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi 880" adlı kitab nəşr olunub

  • + A
  • - A
  • 27-10-2022, 09:31

    Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi 880"  adlı kitab nəşr olunub

    Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi 880" ("Низами Гянджеви 880") adlı kitab nəşr olunmuşdur. Elmi məqalələr toplusunun tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq dövlət universitetinin müəllimi Şahnaz Kamalovadır.
    Nəşrin elmi redaktorları AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmlər namizədi Azizaga Necefov və M.V. Lomonosov adına MDU-nun müəllimi, tarix elmləri namizədi Daria Zhigulskayadır.
    Elmi məsləhətçilər Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru., professor Vilayat Guliyev və BDU-nun müəllimi filologiya elmlər doktoru, professor Vaqif Sultanlıdır.
    Kitabda Azərbaycandan, Rusiyadan, Türkiyədən, Almaniyadan, Macarıstandan olan on doqquz alimin elmi məqalələri toplanmışdır.
    Kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunmuşdur.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR