AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ənənəvi İncəsənət Mərkəzi - 10 il

  • + A
  • - A
  • 7-12-2022, 16:36

    Ənənəvi İncəsənət Mərkəzi - 10 il

    “İçərişəhər” DTMQ İdarəsinin nəzdində fəaliyyət göstərən Ənənəvi İncəsənət Mərkəzi 2012-ci ilin dekabr ayında ictimaiyyətə öz qapılarını açıb. Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkaşlığın nəticəsidir.

    Ənənəvi İncəsənət Mərkəzi 5 fərqli dekorativ tətbiqi sənət növündə (keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq) sənətkarlıq nümunələrinin hazırlandığı, bu növlər üzrə müxtəlif yaş qruplarına aid fərdi və kollektiv şəkildə ustad dərslərinin keçirildiyi incəsənət mərkəzidir. Mərkəzdə istedadlı və yaradıcı gənc rəssamlara ənənəvi sənətkarlıq növlərinin öyrədilməsi, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində təlimlər keçirilir. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır.

    Ənənəvi İncəsənət mərkəzinin qədim emalatxanası, tarixi və mədəni irs ustadların ilham mənbəyi olaraq qalmaqdadır. Hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir. Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövr və orta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır.

    Azərbaycanın hər bir bölgəsinin özünəməxsusluğu, milli ornament elementləri diqqətlə qorunub saxlanılır və zənginləşdirilir. Bu günə qədər ölkənin və onun bölgələrinin şanlı tarixinin müxtəlif dövrlərini əhatə edən sənətkarlıq nümunələrinə Şirvanşahlar dövrü, Naxçıvan, Qarabağ və Şəki Xan Sarayının ornamentləri daxil edilib. Sənətkarlıq nümunələrinin hər biri Azərbaycan xalqının zəngin və özünəməxsus tarixinə bir bələdçidir.

    Hazırlanan sənətkarlıq nümunələri “Dastan” brendi ilə təqdim olunur.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR